Türkiyə Dəyanət Vəqfinin rəhbərliyi işdən çıxarıldı
Türkiyə Dəyanət Vəqfinin rəhbəri İzani Turan vəzifəsindən azad olunub.
TodayPress TV “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Turanla yanaşı onun iki müavini - Rəcəb Balkan və Fatih Kayacan da işdən çıxarılıb.
Bildirilib ki, sözügedən şəxslər Qəzza üçün toplanan ianələrin birja fondlarına yatırıldığı iddialarından sonra postlarından azad olunublar.
Sözügedən iddialara görə, vəqf həmin ianələri birja fondlarına yatırdıqdan sonra təqribən 48 faiz həcmində zərərlə üzləşib.
Məsələ ilə bağlı vəqf daxilində araşdırmalar davam etdirilir.