Zelenskidən "Qələbə günü" xəbərdarlığı: "Güzgü prinsipi ilə cavab verəcəyik!"

Dünya

07.05.2026 14:25

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 8 və 9 may tarixlərindəki hücumlarına cavab veriləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, Volodimir Zelenski bu barədə "Telegram" kanalında paylaşım edib.

“Biz mayın 6-na keçən gecədən etibarən sükut rejimi təklif etmişdik. Dünən və bu gün Rusiya bu rejimi pozub. Buna güzgü prinsipi ilə cavab veriləcək”, — deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın zərbələrinə uzaqmənzilli cavab tədbirləri ilə reaksiya verəcək, Moskva diplomatiyaya hazır olarsa, Kiyev də diplomatik yolu davam etdirəcək.

Qeyd olunur ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin qərarı ilə 8 və 9 may tarixlərində Qələbənin 81-ci ildönümü münasibətilə atəşkəs elan olunmuşdu.

Qiymət Mahir

tag: ,