Zelenskidən Kremlə AÇIQ SİQNAL: Cavab verəcəyik!

Dünya

12.05.2026 11:20

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ötən gecə Rusiya Ukraynaya qarşı kütləvi hücum həyata keçirib.

TodayPress TV xəbər verir ki, Zelenskinin sözlərinə görə, həmin gecə Ukrayna ərazisinə 200-dən çox hücum dronu buraxılıb, həmçinin cəbhə xəttində "KAB" tipli raketlərlə aviasiya zərbələri də yenidən qeydə alınıb.

Prezident qeyd edib ki, Rusiya bir neçə gün davam edən qismən “sakitlik rejimi”ndən özü çıxmağı seçib.

“Ukrayna da eyni şəkildə cavab verəcək”, – deyə Zelenski vurğulayıb.

Nicat Osmanlı

TodayPress TV

tag: Ukrayna,Volodimir Zelenski,Rusiya,Hücum,Todaypress.tv,