Zaxarova anons etdi: Kiyevdəki diplomatlar təcili təxliyə olunmalıdır
Rusiya Xarici İşlər Nazirliyi xarici ölkələri Kiyevdəki diplomatik və digər nümayəndəliklərdən əməkdaşların təxliyəsini təmin etməyə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, 9 May paradı zamanı Ukrayna tərəfindən mümkün hücum olacağı təqdirdə Rusiya Silahlı Qüvvələrinin cavab zərbələrinin qaçılmaz olacağı nəzərə alınaraq, Kiyevdə fəaliyyət göstərən diplomatik və digər nümayəndəliklərin əməkdaşlarının təcili şəkildə təxliyəsi tövsiyə olunur.