Yerusəlimdə gərgin iclas – Netanyahu təhlükəsizlik masasında
İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdəki ofisində təhlükəsizlik məsələlərinə dair müşavirə keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Müşavirə ABŞ prezidenti Donald Trampın İranla bağlı atəşkəs təklifinə cavabının rədd edilməsindən və həftənin sonunda Vaşinqtonda planlaşdırılan İsrail–Livan birbaşa danışıqlarından əvvəl keçirilir.
Eyni zamanda, toplantıda regional təhlükəsizlik vəziyyəti və diplomatik proseslər ətraflı müzakirə olunur.