"Yekdillik bizi məhv edə bilər!" – Almaniya XİN rəhbərindən XƏBƏRDARLIQ

Dünya

07.05.2026 09:27

Almaniya Avropa İttifaqında yekdillik prinsipinin ləğvini təklif edib.

TodayPress TV "Le Monde"a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.

Onun sözlərinə görə, “ixtisaslı səs çoxluğu” sistemi Brüsselə daha sürətli qərarlar qəbul etməyə imkan verə bilər, xüsusilə xarici siyasət və təhlükəsizlik məsələlərində.

“Yekdillik prinsipi təhlükəsizlik məsələlərində bizi ekzistensial təhlükə ilə üz-üzə qoya bilər”, — deyə Vadeful qeyd edib.

Nazir nümunə kimi Ukrayna ilə bağlı səsvermələri göstərib.

O, həmçinin Avropa İttifaqına üzvlüklə bağlı “mərhələli inteqrasiya” modelini də təklif edib. Məqsədin bəzi üzv ölkələrin “tələsik genişlənmə” ilə bağlı narahatlıqlarını azaltmaq olduğu bildirilib.

Qeyd olunur ki, bundan əvvəl Volodimir Zelenski Ukraynanın Aİ-yə yalnız tamhüquqlu üzv kimi qəbul edilməli olduğunu bildirmişdi.

Qiymət Mahir

tag: Volodimir Zelenski ,Almaniya ,Avropa ,Todaypress.tv,TodayPress TV,