Yaxın Şərqdə gərginliyin şiddətlənməsi ehtimalı: Neft qiymətləri dörd faizə yaxın artdı

Yaxın Şərqdə gərginliyin şiddətlənməsi ehtimalı: Neft qiymətləri dörd faizə yaxın artdı
12.05.2026 21:17 Dünya

Yaxın Şərqdə gərginliyin yenidən artması ehtimalları fonunda neft qiymətləri yüksəlməkdə davam edir.

TodayPress TV bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, Bakı vaxtı ilə saat 19:09-a olan məlumata görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyul füçersləri əvvəlki ticarət günü ilə müqayisədə 3.8 dollar (3.65%) baha satılaraq bir barel üçün 108.01 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin iyun füçersləri isə 3.76 dollar (3.83%) artaraq bir barel üçün 101.83 dollara çatıb.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər