Yaponiyada məşhur pişik Nitama öldü
Dünya
19.12.2025 18:45
Yaponiyanın Kinkava şəhərində yerləşən dəmiryol vağzalında 10 il stansiya nəzarətçisi kimi çalışan məşhur Nitama adlı pişik vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Japan News” nəşri məlumat yayıb.
Məlumata görə, Nitama ilə vidalaşmaq üçün təxminən 500 nəfər vağzala toplaşıb. Onun dəfn mərasimi də məhz çalışdığı dəmiryol stansiyasında keçirilib. Mərasim iştirakçıları pişiyin portreti önündə dua edib, memoriala gül və pişik yemi qoyublar.
Nitama 2015-ci ildə əvvəlki “stansiya rəisi” olan pişiyi əvəz edərək bu vəzifəyə təyin olunmuşdu. Bildirilir ki, oktyabrın sonunda pişik az yeməyə başlayıb və noyabrın 20-də dünyasını dəyişib.
Qeyd edək ki, Nitamanın 15 yaşı var idi və o, Yaponiyada vağzalın simvoluna çevrilib.
Türkan İsgəndərli
tag: Yaponiya,Pişik,Nitama,Stansiya,Todaypress.tv,
