"WhatsApp" Rusiyada tətbiq olunan məhdudiyyətlərdən şikayət etdi
Dünya
23.12.2025 19:45
Meta şirkətinə məxsus "WhatsApp" messenceri Rusiya hakimiyyətini bayramlar ərəfəsində 100 milyondan çox vətəndaşı şəxsi ünsiyyət hüququndan məhrum etməyə cəhd göstərməkdə ittiham edib.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, məlumata görə, Meta Rusiyada ekstremist təşkilat kimi tanınır və fəaliyyəti qadağandır.
"WhatsApp"ın sözçüsü bildirib ki, tətbiq Rusiyanın bütün regionlarında valideyn, iş, ailə və dost qrupları daxil olmaqla geniş istifadə olunur. Onun sözlərinə görə, istifadəçiləri dövlət tərəfindən tətbiq edilən alternativ platformalara məcbur etmək təhlükəsizlik risklərini artıra bilər.
Xatırladaq ki, avqust ayında Rusiya hakimiyyəti "WhatsApp" və "Telegram" üzərindən zəngləri bloklamağa başlayıb. Rusiya Rəqəmsal İnkişaf Nazirliyi bu addımı fırıldaqçılıq halları və mesajlaşma xidmətlərinin yerli qanunvericiliyə əməl etməməsi ilə əsaslandırıb.
Dekabrın 22-də isə Roskomnadzor "WhatsApp"ın fəaliyyətinin ölkə ərazisində yavaşladıldığını açıqlayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl verdiyi açıqlamada ölkədə heç bir xidmətin qadağan olunmadığını bildirmişdi.
Jalə Rövşən
tag: "WhatsApp","Teleqram" ,Rusiya ,Meta ,Todaypress.tv,
