Vuçiç: "Serbiya Rusiyadan qaz almağa davam edəcək"
Dünya
24.12.2025 11:25
Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinə Rusiya qazının tədarükünün daha üç ay, yəni 31 mart tarixinə qədər uzadılmasına razılıq verib.
TodayPress TV xəbər verir ki, bu barədə Serbiyanın "RTS" nəşri məlumat yayıb.
Vuçiçin sözlərinə görə, əldə edilən razılaşma qışda sabit enerji təchizatını təmin edəcək.
O, həmçinin bildirib ki, "Qazprom" nümayəndələri ABŞ sanksiyaları altında olan "Naftna Industrija Srbije" şirkətindəki payın Macarıstan milli şirkəti “MOL Group”a satılmasını müzakirə edirlər. Siyasətçi Serbiya hakimiyyətinin buna etiraz etmədiyini vurğulayıb.
Xatırladaq ki, Serbiya hakimiyyəti daha əvvəl Rusiyadan qaz tədarükü üzrə mövcud müqavilənin 2025-ci ilin sonuna qədər uzadıldığını bildirişdi.
Qeyd edək ki, Serbiya Rusiya qazını "Türk Axını" qaz kəməri vasitəsilə almağa davam edir.
Aysel Mətləb
tag: Aleksandr Vuçiç,Serbiya,Rusiya,Qaz,Todaypress.tv,
