Veteranlar arasında minifutbol turnirinin qalibi bəlli oldu

Veteranlar arasında minifutbol turnirinin qalibi bəlli oldu
08.05.2026 23:48 Dünya

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş veteranlar arasında minifutbol yarışına yekun vurulub.

TodayPress TV xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan turnirin finalında “Milli”ni penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edən “Qarabağ” komandası yarışın qalibi olub.

Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “Azərbaycan İdman Veteranları” İctimai Birliyinin sədri Zemfira Meftaxetdinova, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Azərbaycan Futbol Vetaranları Birliyinin sədri Oqtay Abdullayev və digər rəsmi şəxslər təqdim ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər