Vaşinqtondan yeni sanksiyalar: İraqın neft nazirinin müavini hədəfdə

Vaşinqtondan yeni sanksiyalar: İraqın neft nazirinin müavini hədəfdə
07.05.2026 20:30 Dünya

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İraqın neft nazirinin müavini Əli Məaric Əl-Bəhadliyə (Ali Maarij Al-Bahadly) qarşı sanksiyaların tətbiq edildiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında qeyd olunub.

ABŞ tərəfinin versiyasına görə, qərar Əl-Bəhadlinin İranın və İraqda onunla əlaqəli silahlı qruplaşmaların maraqları naminə satış üçün neftin yönləndirilməsinə köməklik göstərərək öz vəzifəsindən sui-istifadə etməsi ilə əlaqədar qəbul edilib.

OFAC, həmçinin iranyönümlü "Kətaib Seyyid əş-Şühəda" və "Əsaib Əhl əl-Həqq" qruplaşmalarının üç yüksəkvəzifəli liderinə qarşı sanksiyalar tətbiq edib.

Bəyanatda qeyd edilib ki, ABŞ bundan sonra da İraqdakı bu və digər iranyönümlü qruplaşmaları, o cümlədən "Kətaib Hizbullah"ı ölkə ərazisində ABŞ personalına, mülki şəxslərə, diplomatik obyektlərə və müəssisələrə edilən hücumlara görə məsuliyyətə cəlb etmək niyyətindədir.

Maliyyə Nazirliyi bildirib ki, ABŞ-nin sanksiyalar siyahısına, həmçinin Əl-Bəhadilinin sahib olduğu və ya nəzarət etdiyi 4 neft şirkəti daxil edilib - "Gulf Energy Oil Services Limited" , "Gulf General Contracting Limited" , "Iraq International Energy for the Import and Sale for Petroleum Products Limited" və "Gulf Energy for General Transport and Marine Services and Real Estate Consultancy LLC".

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər