Vaşinqtondan QORXULU SSENARİ: Hörmüz dünyanı çökdürəcək!
Dünya
08.05.2026 09:25
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Ağ Evə təqdim etdiyi hesabatda İranın uzunmüddətli təzyiqlərə daha davamlı ola biləcəyi qeyd olunub.
TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
hesabatda yeni İran hakimiyyətinin “radikal xarakteri”nin əvvəlki rejimlə müqayisədə daha yüksək dözümlülük nümayiş etdirməsinə imkan verdiyi vurğulanıb.
Məlumata görə, Tehran neft ixracını quru marşrutları vasitəsilə daha kiçik həcmdə davam etdirə, dəniz yolu ilə daşımaları isə blokadanı yarmağa çalışaraq həyata keçirə bilər. Hesabatda həmçinin qeyd olunur ki, İran müəyyən həcmdə neft məhsullarını Əfqanıstan və Pakistan üzərindən də təmin edə bilər.
ABŞ kəşfiyyat rəsmisinin hesabatda yer alan fikirlərinə görə, belə rejimlər uzunmüddətli embarqo və müharibə şəraitində yalnız hava qüvvələrinin dəstəyi ilə illərlə tab gətirə bilir.
Sənəddə bildirilir ki, Hörmüz boğazı bağlı qaldığı halda, Donald Trump administrasiyası blokada siyasətini daha üç-dörd ay davam etdirə bilməz. Hesabat müəllifləri hesab edir ki, bu vəziyyət qlobal iqtisadiyyatı ciddi tənəzzülə sürükləyə və nəticədə uğursuzluqla nəticələnə bilər.
Qeyd olunur ki, İranın nüvə və raket proqramları ilə bağlı mümkün güzəştlərin qlobal iqtisadiyyatın, eləcə də ABŞ iqtisadiyyatının ağır zərbə almasına dəyəcək səviyyədə olmadığı düşünülür.
Nicat Osmanlı
tag: CİA,Mərkəzi Kəşfiyyat İdarəsi,Ağ Ev,Hesabat,Todaypress.tv,
