Ukraynaya ayrılan pullar ABŞ-də qalır! – Blinken AÇIQLADI

Dünya

07.05.2026 09:58

ABŞ-nin Ukraynaya ayırdığı hər dollara qarşılıq Avropa daha çox maliyyə dəstəyi göstərib.

TodayPress TV xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinken "C-Span" efirində deyib.

Onun sözlərinə görə, Avropa ölkələrinin Ukraynaya dəstəyi ilə bağlı yayılan bəzi fikirlər reallığı əks etdirmir.

“ABŞ-nin Ukraynaya ayırdığı hər bir dollara qarşı Avropa və digər tərəfdaşlar daha 1,5 dollar əlavə edib. Buna görə də Avropanın sadəcə vəziyyətdən istifadə etdiyi fikri həqiqətə uyğun deyil”, — deyə Blinken bildirib.

O qeyd edib ki, ABŞ tərəfindən ayrılan vəsaitin böyük hissəsi ölkə daxilində qalıb.

Məlumata görə, bu pullar əsasən Ukrayna üçün silah sistemlərinin alınmasına və ya Kiyevə verilmiş silahların yerinin doldurulmasına yönəldilib.

Qiymət Mahir

tag: Ukrayna ,ABŞ,Avropa,Blinken ,TodayPress TV,