Ukraynadan gecə əməliyyatı: Kritik mərkəzlər vuruldu - VİDEO
Dünya
08.05.2026 10:34
Ukrayna Silahlı Qüvvələri 8 may gecəsi Rusiya ərazisində bir sıra sənaye və müdafiə obyektlərinə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, zərbələr neft emalı infrastrukturu və hərbi yönümlü tədqiqat müəssisələrini hədəf alıb.
Məlumata görə, Yaroslavlda yerləşən və ildə 15 milyon tondan çox neft emalı gücünə malik “Slavneft-YANOS” neft emalı zavodunda güclü yanğın və qatı tüstü müşahidə olunub.
Eyni zamanda Rostov-na-Donuda sənaye zonasında yanğınların baş verdiyi bildirilir. Zərbə altında qalan obyektlər arasında radar sistemlərinin hazırlanması ilə məşğul olan Müdafiə Sənayesi ilə əlaqəli elmi-texniki mərkəz və yaxınlıqdakı boya istehsalı müəssisəsinin də olduğu qeyd edilir.
Nicat Osmanlı
tag: Ukrayna,Əməliyyat,Zərbə,Rusiya,Todaypress.tv,
