Ukraynada KABUS GECƏSİ: Şəhərlər alova büründü - VİDEO

Dünya

12.05.2026 09:37

Rusiya Ukraynaya qarşı hava zərbələrini yenidən intensivləşdirib.

TodayPress TV xəbər verir ki, hücumlar nəticəsində bir sıra şəhərlərdə yanğınlar baş verib və mülki infrastruktura ziyan dəyib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Tkaçenkonun məlumatına görə, “Şahed” tipli pilotsuz uçuş aparatının qalıqları Obolon rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasının damına düşüb. Nəticədə yanğın baş verib, alov sonradan söndürülüb. Hadisə zamanı binanın dam örtüyünə ziyan dəyib.

Kiyev vilayətində yaşayış evləri və mülki infrastruktur obyektlərinin də hücuma məruz qaldığı bildirilib. Fastov rayonunda uşaq bağçasının damında yanğın baş verib. Yaxınlıqdakı dördmərtəbəli yaşayış binasının pəncərələri sınıb, iki fərdi evə də ziyan dəyib.

Dniproda səhər saatlarında həyata keçirilən hücum nəticəsində bir nəfər yaralanıb. Şəhərdə yanğın baş verib, nəqliyyat infrastrukturu zədələnib.

Pavloqradda isə pilotsuz uçuş aparatı çoxmərtəbəli yaşayış binasına düşüb.

Monitorinq resurslarının məlumatına görə, “Şahed” tipli PUA-larla hücumlar davam edir.

Nicat Osmanlı

TodayPress TV

tag: Ukrayna,Rusiya,Dron,Hücum,Todaypress.tv,