Ukrayna üçün "əlverişsiz anlaşma": ABŞ administrasiyası Rusiyaya güzəştə gedir?

Dünya

11.05.2026 23:55

ABŞ atəşkəsin uzadılması qarışıqlığında Rusiyaya qarşı sanksiyaların bir qismini ləğv etməyi təklif edir.

TodayPress TV xəbər verir ki, bu barədə "The Kyiv İndependent" məlumat yayıb.

Bildirilib ki, ABŞ sanksiyaların ləğvi, Zaparoji Atom Elektrik Stansiyasının Rusiyada qalması, Donbasdan çıxma ilə bağlı Rusiya təkliflərini qəbul etməyə hazırdır.

Məlumata görə, Kiyev bu anlaşmanın onun üçün əlverişsiz olmasından, Qərbdən real təhlükəsizlik qarantiyası əldə etməməkdən və bunlar olmadan Rusiyaya qarşı sanksiyaların ləğvi perspektivlərindən narahatdır.

Eyni zamanda Kiyev hesab edir ki, ABŞ-nin yaxın aylarda Ukraynaya təzyiqləri arta bilər.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Ukrayna,Rusiya,Sanksiya,TodayPress TV,