Ukrayna Moskvanı ÜRƏYİNDƏN VURDU
Dünya
07.05.2026 09:58
Ukrayna dronları Moskva vilayətinin Naro-Fominsk şəhərində yerləşən Rusiya Müdafiə Nazirliyinə məxsus “Nara” hərbi-logistik kompleksinə hücum edib.
TodayPress TV bu barədə "Kiyv İndependent" məlumat yayıb.
Qeyd edilib ki, kompleks hərbi yüklərin saxlanılması və paylanması üçün istifadə olunur.
Məlumata əsasən, gecə saatlarında həyata keçirilən hücum nəticəsində obyektə ziyan dəyib. Hadisənin detalları və dəymiş zərərin miqyası hələlik rəsmi şəkildə təsdiqlənməyib. Naro-Fominsk Moskvanın təxminən 70 kilometr cənub-qərbində yerləşir.
Bu hadisə son dövrlərdə Rusiya ərazisində baş verən dron hücumlarının davamı kimi qiymətləndirilir. Rusiya tərəfi adətən bu cür hücumların “dəf edildiyini” bəyan etsə də, Ukrayna mənbələri hədəf alınan obyektlərə ciddi ziyan dəydiyini vurğulayır.
Jalə Rövşən
tag: Moskva ,Rusiya,“Nara” hərbi-logistik kompleksi,Dron ,Todaypress.tv,
