Ukrayna Aİ-yə yeni təklif verdi - aeroportlara zərbələr dayandırılsın

Dünya

12.05.2026 00:30

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Avropa İttifaqına (Aİ) Rusiya və Ukrayna arasında aeroportlara zərbələrdən qarşılıqlı imtina ilə bağlı razılaşmanın əldə olunmasına kömək etməyi təklif edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Sibiqa bu ideyanı Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı səsləndirib.

Nazirin sözlərinə görə, diplomatik prosesin ABŞ-nin rəhbərliyi altında ləngiməsi və Rusiya Prezidenti Vladimir Putinin müharibənin dayandırılması ilə bağlı daha geniş razılaşmaya hazır olmaması fonunda Kiyevə “ehtimal ki, Avropanın yeni rolu” lazımdır.

“Bəlkə biz aeroport atəşkəsi adlandırılan razılaşmanı əldə etməyə çalışaq”, - deyə o əlavə edib.

Kiyevin planına əsasən, tərəflər aeroportlara zərbə endirməkdən çəkinməlidir. Xarici işlər naziri bildirib ki, Rusiya da belə bir razılaşmada maraqlı ola bilər, çünki iri rus aeroportları getdikcə daha çox Ukraynanın uzaqmənzilli hücumlarının hədəfinə çevrilir.

Sibihə ehtimal edib ki, Avropa tərəfdaşları belə bir atəşkəs formatını müzakirə etmək üçün ayrıca platforma və ya xüsusi qrup yarada bilər. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski artıq bu ideyanı bəzi Avropa liderləri ilə müzakirə edib.

Bununla yanaşı, nazir vurğulayıb ki, Ukrayna danışıqlarda ABŞ-ni əvəz etməyi Avropaya təklif etmir.

“Bu, tamamlayıcı istiqamət olmalıdır – nə əvəzinə, nə də alternativ kimi”.

Aysel Mətləb

TodayPress TV

tag: Zelenski,Avropa,Ukrayna,Rusiya,TodayPress TV,