Türkiyədə həyəcan: Hantavirus...

Dünya

11.05.2026 13:20

"Hantavirus"un aşkarlandığı "MV Hondius" kruiz gəmisindən təxliyə edilən Türkiyə vətəndaşları karantinə alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi üç Türkiyə vətəndaşının ölkəyə gətirildiyini açıqlayıb.

Məlumata görə, sözügedən şəxslər İstanbulda ev şəraitində karantinə yerləşdiriliblər. Nazirlik bildirib ki, onlar gəmi üzərində müşahidə altında saxlanılıb və hər hansı simptom aşkarlanmayıb.

Buna baxmayaraq, vətəndaşlar ölkəyə qayıtdıqdan sonra ehtiyat tədbiri olaraq karantinə alınıb və bütün sağlamlıq prosedurlarına ciddi şəkildə riayət edildiyi vurğulanıb.

TodayPress TV

tag: MV Hondius,Hantavirus,Gəmi,Karantin,Todaypress.tv,