Türkiyə 13 ildən sonra ilk dəfə Suriyaya səfir təyin etdi

Dünya

22.12.2025 12:03

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə Nuh Yılmaz 13 ildən sonra Türkiyənin Dəməşqdəki səfiri təyin olunub. O, bu gün rəsmi olaraq vəzifəsinin icrasına başlayır.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirib ki, Nuh Yılmaz oktyabr ayında Dəməşq səfiri olacaq, təyinat isə noyabrda Prezidentin imzası ilə rəsmiləşdirilib. Müvəqqəti işlər vəkili Burhan Köroğlunun səlahiyyət müddətinin başa çatması ilə Türkiyə 13 ildən sonra ilk dəfə Suriyada səfir səviyyəsində təmsil olunur.

Nuh Yılmaz təyinatdan sonra bir sıra rəsmi görüşlər keçirib və 26 noyabrda Milli Təhlükəsizlik Şurasının iclasında iştirak edib. O, Dəməşqdəki səfir vəzifəsinə 22 dekabrda başlayacağını açıqlayıb.

Türkiyə–Suriya münasibətlərində gündəmdə olan əsas mövzular sırasında SDG-nin (Dayanıqlı İnkişaf Məqsədləri) Suriyaya inteqrasiyası, ölkənin yenidən qurulması və qaçqınların geri qaytarılması məsələləri yer alır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Türkiyə,Ərdoğan,Suriya,Səfir,Todaypress.tv,