Tokayev: Putinin Qazaxıstana səfərinə hazırlıq gedir

Dünya

09.05.2026 00:25

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin may ayının sonuna planlaşdırılan dövlət səfərinə hazırlıq işləri aparıldığını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Tokayev Moskvada Putinlə görüşü zamanı qeyd edib.

“Ölkələrimiz arasında əməkdaşlığa gəlincə, biz may ayının sonuna planlaşdırılan dövlət səfərinizə intensiv şəkildə hazırlaşırıq. Bildiyiniz kimi, son 20 ildə yalnız sənaye kooperasiyası sahəsində 177 layihə işlənib hazırlanıb və son beş ildə onların 122-si uğurla həyata keçirilib”, - deyə o bildirib.

Qazaxıstan Prezidenti vurğulayıb ki, Rusiya ölkə iqtisadiyyatına ən böyük sərmayə yatıran dövlətdir:

“Ticarət uğurla inkişaf edir və bu ilin yekunlarına görə, dövriyyə 30 milyard dollar həddini inamla keçəcək”, - deyə o əlavə edib.

Aysel Mətləb

TodayPress TV

tag: Tokayev,Putin,Moskva,Qazaxıstan,TodayPress TV,