Tokayev Moskvada: Putinlə görüş olacaq? - VİDEO
Dünya
08.05.2026 21:51
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Vətən müharibəsində Qələbənin 81-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Moskva şəhərinə işgüzar səfərə gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı işgüzar səfərlə Moskvaya gəlib. Sabah (9 mart) Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Böyük Qələbənin 81-ci ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək”, – deyə açıqlamada bildirilir.
Bundan əvvəl Qazaxıstan Prezidentinin mətbuat katibi Aibek Smadiyarov “Telegram” kanalında qeyd edib ki, səfər çərçivəsində Tokayevin Rusiya Prezidenti Vladimir Putin ilə ayrıca görüşü planlaşdırılır.
Qeyd edilib ki, dövlət başçıları may ayının sonuna planlaşdırılan Rusiya Prezidentinin Qazaxıstana səfəri ərəfəsində strateji əməkdaşlığın əsas məsələlərini müzakirə edəcəklər.
tag: Qazaxıstan,Tokayev ,Moskva ,TodayPress TV,
