Tehran oyunu DƏYİŞİR: 90% ehtimalı gündəmdə
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi bildirib ki, ABŞ tərəfindən yeni hücumlar baş verərsə, Tehran uranın zənginləşdirilmə səviyyəsini dərhal 90%-ə qədər qaldıra bilər.
TodayPress TV TASS-a istinadən xəbər verir ki, komitə rəsmisi qeyd edib: ABŞ-nin mümkün hərbi addımları fonunda İran nüvə proqramı üzrə daha sərt qərarlar qəbul edə bilər.
Qeyd edək ki, 90% zənginləşdirmə səviyyəsi nüvə silahının istehsalı üçün lazım olan hədd hesab olunur.
Nicat Osmanlı