Tehran nəzarəti sərtləşdirir - Hörmüzdən keçid üçün yeni sənəd

Dünya

07.05.2026 22:16

Tehran gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməzdən əvvəl onlar haqqında məlumatları özündə əks etdirən sənəd tələb edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bəyannamə formasını əldə edən kanal bildirib ki, "Gəmi Məlumat Bəyannaməsi" adlı sənəd İranın yeni yaradılmış Fars Körfəzi Boğazları İdarəsi (PGSA) tərəfindən verilən ərizə formasıdır və təhlükəsiz keçidi təmin etmək üçün bütün tranzit gəmilər tərəfindən doldurulmalıdır.

Məlumata görə, sənəddə təkcə gəmi haqqında deyil, həm də sahiblərinin, operatorlarının və heyət üzvlərinin vətəndaşlığı haqqında məlumatlar da daxil olmaqla 40-dan çox maddə var. Bəyannamədə yük haqqında ətraflı məlumat da tələb olunacaq.

Qeyd edək ki, giriş üçün ödənişin alınıb-alınmayacağı hələ məlum deyil.

Aysel Mətləb

TodayPress TV

tag: Hörmüz,CNN,İran,Fars,TodayPress TV,