TƏCİLİ! Rusiya NATO ölkəsini vurdu - VİDEO
Dünya
07.05.2026 09:31
Latviya ərazisinə Rusiyadan daxil olan iki pilotsuz uçuş aparatı qəzaya uğrayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Latviya ordusu məlumat yayıb.
Bildirilib ki, pilotsuz təyyarələr cümə axşamı səhər saatlarında Rusiya ərazisindən NATO üzvü olan Latviyaya daxil olub və daha sonra qəzaya uğrayıb.
Latviyanın müdafiə naziri Andris Spruds milli televiziya LSM-ə açıqlamasında dronların böyük ehtimalla Ukrayna tərəfindən Rusiyadakı hədəflərə qarşı istifadə edildiyini bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı NATO-nun Baltik hava polisi missiyasına aid çoxmillətli hərbi təyyarələr əraziyə cəlb olunub.
Məlumata əsasən, Rusiya sərhədindən təxminən 40 kilometr məsafədə yerləşən Rezekne şəhərindəki anbarda dörd boş neft çəni zədələnib. Hadisə yerində pilotsuz təyyarənin qalıqları aşkarlanıb.
Yanğınsöndürənlər çənlərdən birində yaranmış təxminən 30 kvadratmetrlik tüstülənməni aradan qaldırıblar.
Latviya hakimiyyəti səhər saat 04:09-da sərhəd bölgələrində yaşayan sakinlərə dron təhlükəsi ilə bağlı xəbərdarlıq göndərərək evdə qalmalarını tövsiyə edib.
Hadisədən sonra Rezeknedə bütün məktəblərin bir günlük bağlanacağı açıqlanıb.
Qeyd edək ki, mart ayının sonunda da bir neçə Ukrayna pilotsuz uçuş aparatı Latviyaya, eləcə də NATO üzvləri olan Estoniya və Litva ərazilərinə düşüb.
Nicat Osmanlı
tag: Rusiya ,NATO,Latviya,Dron,TodayPress TV,
