Tayland Kambocada kazinonu bombaladı

Dünya

20.12.2025 18:15

Tayland Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarələri Kambocanın Pursat əyalətində yerləşən hərbi obyektə hava zərbəsi endirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb.

Məlumata görə, zərbə Tmor Da yaxınlığında Kamboca hərbçiləri tərəfindən istifadə edildiyi iddia olunan kazino binasına endirilib. Hava hücumu Tayland–Kamboca sərhədində 12 gündür davam edən hərbi əməliyyatların bir hissəsi olub.

Tayland hərbi rəsmiləri kəşfiyyat məlumatlarının Kamboca ordusunun kazinolardan hərbi məqsədlərlə istifadə etdiyini təsdiqlədiyini bildiriblər. Həmçinin Veal Venq rayonunda Kambocaya məxsus istehkamın məhv edildiyi qeyd olunub.

Xatırladaq ki, son günlər Tayland və Kamboca arasında sərhəd bölgələrində gərginlik artıb və tərəflər bir-birini hücumlarda ittiham edirlər.

Jalə Rövşən

TodayPress TV

tag: Tayland ,Kamboca ,Kazino ,Hücum ,Todaypress.tv,