Tarixi missiya başlayır - Ruslar estafeti götürdü
Dünya
12.05.2026 18:40
Rusiyalı kosmonavtlar Sergey Kud-Sverçkov və Sergey Mikayev mayın 27-də açıq kosmosa çıxacaqlar.
TodayPress TV xəbər verir ki, bu barədə Roskosmosun mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.
Məlumata görə, kosmonavtlar BKS-dən kənarda genişmiqyaslı işlər həyata keçirəcəklər. Onlar yeni avadanlıqlar quraşdıracaq, həmçinin unikal elmi təcrübələrin nəticələrini stansiyaya geri gətirəcəklər.
Xatırladaq ki, aprelin sonunda Progress MS-34 yük gəmisinin BKS-in Rusiya seqmentinə daxil olan Zvezda modulu ilə uğurla birləşdiyi bildirilmişdi.
Məhz Soyuz MS-28 kosmik gəmisi ilə rusiyalı heyət üzvləri Sergey Kud-Sverçkov və Sergey Mikayev, eləcə də ABŞ astronavtı Christopher Williams stansiyaya çatdırılıblar.
Hazırda orbitdə bundan əlavə rusiyalı kosmonavt Andrey Fedyayev, NASA nümayəndələri Jack Hathaway və Jessica Meir, həmçinin European Space Agency əməkdaşı, fransalı astronavt Sophie Adenot də fəaliyyət göstərirlər.
Jalə Rövşən
tag: Kosmonavt ,Rusiya ,Kosmos ,Ay ,Todaypress.tv,
