Tailand və Kamboca danışıqlara başlaya bilər

Dünya

24.12.2025 13:51

Tailand və Kamboca hərbçiləri arasında sərhəddə yaranmış gərginliyin azaldılması və atəşkəsin bərpası ilə bağlı danışıqların dekabrın 24-ü axşam başlaması və 27-dək davam etməsi planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bu barədə Tailand Müdafiə Nazirliyinin sözçüsü, kontr-admiral Surasan Konqsiri məlumat verib.

Onun sözlərinə görə, nümayəndə heyətlərinin katiblikləri və mütəxəssislər səviyyəsində ilkin görüşlər dekabrın 24-də keçirilməlidir. Lakin hazırda Kamboca tərəfinin Tailandla rəsmi əlaqə saxlamadığı bildirilir.

Məlumata əsasən, danışıqlar 24-26 dekabr tarixlərində hər iki ölkənin hərbi nümayəndələrinin, bölmə komandirlərinin və mütəxəssislərin iştirakı ilə aparılacaq. Danışıqların əsas iclasının və yekun mətbuat konfransının isə dekabrın 27-də Tailand və Kambocanın müdafiə nazirlərinin həmsədrliyi ilə keçirilməsi nəzərdə tutulur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Tailand,Kamboca,Danışıq,Sərhəd,Todaypress.tv,