Suriyada partlayış oldu, yaralananlar var
Suriyanın paytaxtı Dəməşqdə avtobusda baş verən partlayış nəticəsində bir neçə nəfər yaralanıb.
TodayPress TV xəbər verir ki, hadisə yerinə Suriyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikası cəlb olunub.
Bildirilib ki, partlayış nəticəsində beş nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırılma aparılır.