Sülh prosesində yeni MƏRHƏLƏ: “Hava limanı atəşkəsi”
Dünya
12.05.2026 11:01
Ukrayna Rusiya ilə aparılan danışıqlarda Avropa İttifaqının vasitəçi kimi çıxış etməsini təklif edib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Politico” nəşrinə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, mümkün atəşkəsin ilk mərhələsi kimi hava limanlarına qarşılıqlı zərbələrin dayandırılması nəzərdən keçirilə bilər. Bu addımın Avropa liderlərinə diplomatik prosesdə daha fəal rol verməsi məqsədi daşıdığı qeyd olunub.
Sibiqa bildirib ki, ABŞ-nin vasitəçiliyi ilə Rusiya ilə danışıqlar zəifləyib və Vladimir Putin müharibənin genişmiqyaslı dayandırılması ilə bağlı razılaşmaya maraq göstərmir.
“Yəqin ki, Avropaya sülh səylərimizdə yeni rol lazımdır. Ola bilsin ki, hava limanları üzrə atəşkəsə nail olmağa çalışaq”, – deyə Sibiqa vurğulayıb.
O əlavə edib ki, Moskvanın iri hava nəqliyyat qovşaqları – o cümlədən Şeremetyevo və Sankt-Peterburqun Pulkovo hava limanları Ukraynanın uzaqmənzilli hücumlarına qarşı getdikcə daha həssas vəziyyətə düşür.
Nicat Osmanlı
TodayPress TV
tag: Ukrayna,Rusiya,Avropa İttifaqı,Andrey Sibiqa,Todaypress.tv,
