SON DƏQİQƏ! Polşada hərbi vəziyyət elan edilə bilər
Polşada müxalif siyasətçilər Baş nazir Donald Tuskun ölkədə hərbi vəziyyət elan etməyə hazırlaşdığından şübhələndiklərini bildiriblər.
TodayPress TV xəbər verir ki, Seymin deputatları Pşemislav Vipler və Slavomir Mentzen Polşa Polis rəisinin müavininin bütün regional polis idarələrinin rəhbərlərinə, o cümlədən paytaxt polisinin komandanına göndərdiyi məktubu ictimailəşdiriblər.
Oktyabrın 29-da göndərildiyi bildirilən məktubda polis bölmələrinin noyabrın 2-dən 8-dək gücləndirilmiş iş rejiminə keçirilməsi tapşırılıb.
Sənəddə, həmçinin polis əməkdaşlarının kütləvi iğtişaşların qarşısını almaq üçün nəzərdə tutulan xüsusi vasitələr, avtomat silahlar və digər taktiki avadanlıqlarla təmin edilməsi barədə göstərişin yer aldığı bildirilir.
Qeyd edək ki, bu məlumatlar müxalif siyasətçilərin yaydığı məktuba əsaslanır. Polis qüvvələrinin gücləndirilmiş rejimə keçirilməsinin hərbi vəziyyət elan edilməsi planı ilə bağlı olduğu hələlik təsdiqlənməyib.
Qiymət Mahir
