“Bu, artıq böhran deyil, çevrilişdir!” – Prezidentə TƏCİLİ çağırış — VİDEOLAR

“Bu, artıq böhran deyil, çevrilişdir!” – Prezidentə TƏCİLİ çağırış — VİDEOLAR
31.10.2026 02:40 Dünya

Polşanın müxalif Konfederasiya Partiyasının liderlərindən Slavomir Mentzen Prezident Karol Navrotskini Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağa səsləyib. O, ölkədə baş verən hadisələrin artıq konstitusiya böhranı çərçivəsindən çıxdığını və dövlət çevrilişi təhlükəsinin yarandığını iddia edib.

TodayPress TV xəbər verir ki, Mentzen bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Siyasətçi Konstitusiya Tribunalının binasında qurumun zorla ələ keçirilməsinə cəhd göstərildiyini bildirib. Onun sözlərinə görə, tribunalın sədri Boqdan Şventçkovski binaya buraxılmır. Sədr müavini Bartlomey Soxanski ilə birlikdə onların səlahiyyətləri Anna Korvin-Piotrovska tərəfindən dayandırılıb. Mentzen onun tribunalın binasında olduğunu ehtimal edib.

O, hadisə yerində tam təchizatlı polis əməkdaşlarının olduğunu da qeyd edib.

“Prezident Karol Navrotskini Milli Təhlükəsizlik Şurasını elə bu gecə çağırmağa səsləyirəm. Bu, artıq konstitusiya böhranı deyil, biz dövlət çevrilişinin astanasındayıq! Siyasi partiyaların liderləri mümkün qədər tez bir araya gələrək vəziyyəti müzakirə etməli, dayanmağın və razılığa gəlməyin vaxtının çatıb-çatmadığını müəyyənləşdirməlidirlər”, – deyə Mentzen yazıb.

O, həmçinin Vladislav Kosinyak-Kamış və Şimon Holovnyaya da müraciət edərək onları vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün addım atmağa çağırıb.

Qiymət Mahir


XƏBƏR LENTİ
31 OKTYABR 2026
Bütün Xəbərlər