Konstitusiya Tribunalının sözçüsü açıqladı: "Onlar zabitlərlə birlikdə girdilər"
Polşada Konstitusiya Tribunalında baş verən hadisələrdən sonra qurumun sözçüsü Veronika Şçibor 2025-ci ildə irəli sürülmüş “dövlət çevrilişi cəhdi” iddialarını yenidən gündəmə gətirib.
TodayPress TV xəbər verir ki, Şçibor “Kanal Zero”ya telefon müsahibəsində tribunalın binasında baş verənlər barədə danışıb.
O bildirib ki, bu il hakim seçilən yeddi nəfər Baş nazirin dəftərxanası ilə Konstitusiya Tribunalının binasını birləşdirən girişdən istifadə edərək qurumun ərazisinə daxil olub. Şçiborun sözlərinə görə, onlar Dövlət Mühafizə Xidmətinin əməkdaşları ilə birlikdə binaya keçiblər.
Sözçü iddia edib ki, həmin vaxt tribunalın mühafizəçilərinə əşyalarını yığaraq binanı tərk etmək göstərişi verilib. Hazırda mühafizəçilərin harada olduğu barədə məlumatı olmadığını və onlarla əlaqə saxlaya bilmədiyini də bildirib.
Şçiborun sözlərinə görə, tribunalın sədri Boqdan Şventçkovski 2025-ci ilin fevralında ölkədə davam edən və tədricən həyata keçirildiyi iddia olunan dövlət çevrilişi cəhdi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
“Düşünürəm ki, həmin müraciətə əvvəlcə şübhə ilə yanaşan insanlar bu gün artıq ona əvvəlki kimi şübhə ilə yanaşmırlar”, – deyə o bildirib.
Qiymət Mahir