ŞKTR XİN rəhbəri: "Şimali Kipr xalqı nə qanuni haqlarından, nə də iradəsindən vaz keçəcək"
Dünya
18.12.2025 13:45
Şimali Kipr Türk Respublikası (ŞKTR) xalqı nə qanuni haqlarından, nə də iradəsindən vaz keçəcək.
TodayPress TV xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.
O bildirib ki, beynəlxalq ictimaiyyət iki dövlətli həll yolunu qəbul etməlidir.
“Kipr türk xalqı illərdir məruz qaldıqları təcrid və embarqolara baxmayaraq, nə iradəsindən, nə də qanuni hüquqlarından əl çəkəcək. Adada ədalətli, davamlı və suveren bərabərlik iki dövlətli həll yolu ilə mümkündür. Beynəlxalq ictimaiyyət də bunu qəbul etməlidir”, - Tahsin Ertuğruloğlu vurğulayıb.
