Şimali Koreya ilk nüvə sualtı qayığını təqdim etdi
Dünya
25.12.2025 15:04
Şimali Koreya özünün ilk nüvə enerjisi ilə işləyən sualtı qayığının fotoşəkillərini yayımlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat verib.
Görüntülərdə Şimali Koreyada inşa edilmiş ilk nüvə sualtı qayığı göstərilib. Sualtı qayığın Şimali Koreya lideri Kim Çen Ina nümayiş etdirildiyi bildirilib. Görüntülərə əsasən, sualtı qayıq hazırda lövbər salıb və hələ suya buraxılmayıb.
Kim Çen In bu cür döyüş gəmilərinin Şimali Koreyanın müdafiə siyasəti üçün əhəmiyyətini vurğulayıb.
"Biz super güclü hücum imkanlarını silahlı qüvvələrin inkişafında milli təhlükəsizlik üçün ən yaxşı müdafiə hesab edirik", - deyə KCNA onun sözlərini sitat gətirib.
Qeyd edək ki, gəminin su tutumu 8700 tondur.
Aysel Mətləb
tag: Şimali Koreya,Sualtı qayıq,Nüvə,Təqdimat,Todaypress.tv,
