Səudiyyə Ərəbistanı ABŞ-yə “yox” dedi - “Mission Freedom” dayandırıldı

Səudiyyə Ərəbistanı ABŞ-yə “yox” dedi - “Mission Freedom” dayandırıldı
07.05.2026 21:38 Dünya

ABŞ Hörmüz boğazından keçərək Fars körfəzində ilişib qalan ticarət gəmilərinə kömək etmək üçün nəzərdə tutulmuş "Mission Freedom" (Missiya Azadlığı) missiyasını dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “NBC News” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, qərar Səudiyyə Ərəbistanının ABŞ Hərbi Hava Qüvvələrinin krallığın bazalarına və hava məkanına girişini qadağan etmək qərarından sonra verilib.

Rəsmilər qeyd ediblər ki, Krallıq ABŞ-yə Amerika hərbi təyyarələrinin Ər-Riyadın cənub-şərqində yerləşən Şahzadə Sultan hava bazasından uçuşuna və ya Missiya Azadlığını dəstəkləmək üçün Səudiyyə Ərəbistanının hava məkanı üzərindən uçmasına icazə verməyəcəyi barədə məlumat verib.

ABŞ rəsmiləri, həmçinin Prezident Donald Trampla Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında telefon danışığının problemi həll etmədiyini bildiriblər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər