"SEPAH"dan Küveytə uğursuz əməliyyat - Hədəf Çin limanı olub

"SEPAH"dan Küveytə uğursuz əməliyyat - Hədəf Çin limanı olub
12.05.2026 16:22 Dünya

Küveytdə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli dörd yaraqlı həbs edilib.

TodayPress TV xəbər verir ki, bu barədə "KUNA" dövlət informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, qrup dəniz yolu ilə ölkəyə daxil olmağa cəhd edib. Yaraqlılarla toqquşma zamanı Küveyt Silahlı Qüvvələrinin bir hərbçisi yaralanıb.

İddiaya görə silahlılar Çin tərəfindən dəstəklənən liman layihəsinin yerləşdiyi Bubiyan adasına hücum etmək üçün göndərilib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər