Şaxta Baba uşağa toxunduğu üçün işdən çıxarıldı

Dünya

23.12.2025 19:30

Kanadada Şaxta baba geyimində çalışan əyləncəçi uşağa fiziki toxunduğu iddiası ilə işdən çıxarılıb.

TodayPress TV "Daily Star" qəzetinə istinadən xəbər verir ki, hadisə Kanadanın Alberta əyalətində, Sherwood Park Ticarət Mərkəzində baş verib.

Bayram tədbiri zamanı Şaxta baba rolunu oynayan aktyorun, uşağın saqqalını çəkməsindən sonra onun qoluna vurduğu iddia olunub.

Hadisə ictimai narazılığa səbəb olub. Ticarət mərkəzinin rəhbərliyi uşağın ailəsindən üzr istəyib və baş verəni “tamamilə qəbuledilməz” adlandırıb. Rəsmi açıqlamada bildirilib ki, sözügedən Şaxta baba bayram proqramından kənarlaşdırılıb və bir daha tədbirlərdə iştirak etməyəcək.

Şaxta baba aktyorlarının seçimi və təlimi ilə məşğul olan Cherry Hill Programs şirkəti də hadisədən xəbərdar olduğunu təsdiqləyib. Şirkət tədbirlərin davam etməsi üçün əyləncəçinin dərhal əvəz olunduğunu açıqlayıb.

Hadisə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər əyləncəçini müdafiə edərək hadisənin şişirdildiyini bildirib, digərləri isə uşaqlarla hər hansı fiziki təmasın yolverilməz olduğunu vurğulayıb.

Jalə Rövşən 

TodayPress TV


tag: Kanada,Şaxta Baba,Uşaq ,Sherwood Park Ticarət Mərkəzi,Todaypress.tv,