“Sarmat” gündəmdə – Moskvadan güc nümayişi - VİDEO
Dünya
12.05.2026 19:00
Rusiya Silahlı Qüvvələri “Sarmat” adlı yeni nəsil raketin uğurlu sınaq buraxılışını həyata keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putin bu raket kompleksini dünyanın ən güclüsü adlandırıb və onun ümumi gücünün Qərb ölkələrindəki analoqları 4 dəfədən çox üstələdiyini bildirib.
Rusiya lideri əlavə edib ki, “Sarmat” raketləri cari ilin sonuna qədər döyüş növbətçiliyinə qəbul ediləcək.
Onun sözlərinə görə, raketin uçuş məsafəsi 35 min kilometrdən çox ola bilər və o, həm ballistik, həm də suborbital trayektoriya üzrə hərəkət etmək imkanına malikdir.
V.Putin həmçinin qeyd edib ki, Rusiya nüvə qüvvələrinin inkişaf proqramını mərhələli şəkildə həyata keçirməyə davam edir.
tag: Rusiya,Sarmat,Moskva,Nümayiş,Todaypress.tv,
