"Saratov" hava limanı fəaliyyətini dayandırdı

Dünya

22.12.2025 18:30

Rusiyanın Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

TodayPress TV xəbər verir ki, bu barədə Rosaviasiyanın sözçüsü Artem Korenyako Telegram kanalında məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Təyyarələrin qəbul və yola salınması müvəqqəti dayandırılıb, məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Gelencik hava limanında da əlavə uçuş məhdudiyyətləri tətbiq olunmuşdu. Mövcud qaydalara əsasən, həmin hava limanı yalnız səhər saat 08:30-dan axşam 20:00-dək planlaşdırılmış uçuşları qəbul edir.

Məlumatda vurğulanır ki, bu cür tədbirlər adətən “Xalça” planı çərçivəsində həyata keçirilir. Bu rejim hava məkanında təhlükə yarandıqda tətbiq olunur və havada olan bütün təyyarə və helikopterlərin dərhal eniş etməsini və ya təhlükəsiz zonaya yönləndirilməsini nəzərdə tutur.

Jalə Rövşən

TodayPress TV

tag: Saratov ,Hava limanı ,Fəaliyyət ,Rusiya ,Todaypress.tv,