Sankt-Peterburqda Paşinyan siyasətinə qarşı etiraz aksiyası keçirildi

Dünya

23.12.2025 17:33

Sankt-Peterburqda Ermənistan hakimiyyətinin siyasətinə qarşı etiraz aksiyası keçirilib.

TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, Aksiya Sankt-Peterburq şəhərində yerləşən Müqəddəs Yekaterina Erməni Kilsəsinin yaxınlığında təşkil olunub. Etirazda erməni icmasının nümayəndələri və kilsə üzvləri iştirak ediblər.

Aksiya iştirakçıları Ermənistan hökumətinin apardığı siyasətdən narazılıqlarını ifadə edərək, siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər. Xüsusilə saxlanılan arxiyepiskop Samvel Karapetyanın və digər şəxslərin dərhal azad olunması çağırışı səsləndirilib.

Etirazçılar Ermənistanda baş verən proseslərin ciddi narahatlıq doğurduğunu bildiriblər.

Jalə Rövşən

TodayPress TV

tag: Sankt-Peterburq., Ermənistan,Siyasi məhbuslar,Aksiya ,Todaypress.tv,