“Sağdır və gizlənir” – Netanyahu Xamenei haqqında

Dünya

11.05.2026 09:53

İsrailin Baş naziri Benyamin Netanyahu İranın yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin sağ olduğuna inandığını bildirib.

TodayPress TV xəbər verir ki, Netanyahu bu barədə "CBS News"a müsahibəsində danışıb.

“Düşünürəm ki, o, sağdır. Vəziyyəti barədə dəqiq nəsə demək çətindir. O, hansısa bunkerdə və ya gizli bir yerdədir”, – deyə İsrail Baş naziri qeyd edib.

Netanyahu bildirib ki, Müctəba hazırda səlahiyyətləri icra etməyə çalışır. Bununla belə, onun təsir imkanlarının atası Əli Xamenei ilə müqayisədə daha zəif olduğu vurğulanıb.

TodayPress TV

tag: Benyamin Netanyahu,Müctəba Xamenei,İsrail,İran,Todaypress.tv,