Rusiyanın ehtiyatları 0,5 milyard dollar azaldı

Dünya

18.12.2025 17:53

Rusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 500 milyon dollar azalaraq 741 milyard dollara düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Qeyd olunur ki, 5–12 dekabr tarixləri arasında ehtiyatların həcmi az dəyişib və 12 dekabr 2025-ci il tarixinə günün sonuna 741 milyard dollar təşkil edib. Müqayisə üçün bildirilib ki, 5 dekabrda bu göstərici 741,5 milyard dollar idi.

Mərkəzi Bankın məlumatına görə, bir il əvvəl – 13 dekabr 2024-cü ildə Rusiyanın beynəlxalq ehtiyatları 618,2 milyard dollar səviyyəsində olub.

Beynəlxalq ehtiyatlara valyuta aktivləri, monetar qızıl və Beynəlxalq Valyuta Fondundakı aktivlər daxildir. Qərbin sanksiyalarına və ehtiyatların bir hissəsinin dondurulmasına baxmayaraq, bu göstəricinin ümumilikdə sabit qaldığı vurğulanır.

Jalə Rövşən

TodayPress TV

tag: Rusiya ,Beynəlxalq ehtiyatlar,Moskva,Sanksiya ,Todaypress.tv,