Rusiyada XAOS: Sərnişinlər...

Rusiyada XAOS: Sərnişinlər...
08.05.2026 14:02 Dünya

Bir neçə pilotsuz uçuş aparatı Rusiyada aviasiya fəaliyyətində ciddi problemlərə səbəb olub, hava limanlarında yenidən ləngimələr və məhdudiyyətlər yaranıb.

TodayPress TV xəbər verir ki, məlumata görə, PUA-lar Rostov-na-Donuda yerləşən “Aeronaviqasiya Yuga Rossii” filialının binasına düşüb. Bunun fonunda 13 hava limanının fəaliyyətinin dayandırıldığı bildirilir.

“Aeroflot” şirkəti isə çoxsaylı reysləri ləğv edib və ya təxirə salıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin hava limanlarında gözlədiyi əks olunub. Hadisə ilə bağlı rəsmi açıqlamalar gözlənilir.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər