Rosaviasiyanın məlumatına görə, "Vladikavkaz", "Qroznı" və "Maqas" hava limanlarında uçuşların eniş və qalxışı təhlükəsizlik məqsədilə dayandırılıb.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, hazırda Şimali Qafqaz bölgəsində dron hücumu ilə bağlı xəbərdarlıq qüvvədədir. Eyni zamanda Şimali Osetiya, Stavropol diyarı, Penza və Voronej vilayətlərində də dron təhlükəsi elan olunub.
Jalə Rövşən
