Rusiyada 9 May paradları ləğv edilir - Səbəb nədir?

Dünya

07.05.2026 20:58

Qələbə Günü münasibətilə Rusiyanın Perm vilayətində keçirilməsi planlaşdırılan hərbi parad bu il baş tutmayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə vilayətin qubernatoru Dmitri Maxonin öz “Telegram” kanalında məlumat verib.

Qubernator bildirib ki, operativ müşavirənin nəticələrinə əsasən, mayın 9-da Perm qarnizonunun qoşunlarının yürüşünün keçirilməməsi qərara alınıb. Bu addım əhalinin təhlükəsizliyini təmin etmək və hüquq-mühafizə orqanlarını əsas vəzifələrindən yayındırmamaq məqsədi daşıyır.

Qeyd edək ki, Rusiya ən azı 15 bölgəsində 9 May paradlarını ləğv edib.

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya,Parad,Perm,Qələbə,TodayPress TV,