Rusiyada Ukrayna müharibəsində iştirak etmiş bir hərbçi ilk dəfə dövlətə xəyanətdə ittiham olunub.
TodayPress TV "Sibir.Realii" yə istinadən xəbər verir ki, dekabrın 17-də Cənub Hərbi Məhkəməsi rusiyalı hərbçi Anton Kuruu barəsində dövlətə xəyanət işi üzrə məhkəmə dinləmələrinə başlayıb. Bu, Ukrayna müharibəsində iştirak edən bir şəxsin belə ittihamla üzləşdiyi ilk məlum haldır.
Məhkəmənin ilk iclası təqsirləndirilən şəxsin iştirak etməməsi səbəbindən təxirə salınıb. İşin detalları açıqlanmır.
Qeyd olunub ki, 26 yaşlı Anton Kuruu Tuva əsillidir. O, 2022-ci ildən müharibədə iştirak edib və 2023-cü ildə Tuva rəhbərliyi tərəfindən təltif olunub. Son illər Rusiyada dövlətə xəyanət və casusluq ittihamları ilə bağlı cinayət işlərinin sayı kəskin artıb.
Jalə Rövşən
