Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mayamiyə getdi

Dünya

20.12.2025 12:45

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Mayamiyə səfər etdiyini təsdiqləyib.

TodayPress TV  xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Dmitriyev qeyd edib ki, ABŞ-nin Ukrayna ilə bağlı sülh planını pozmağa çalışan qüvvələr fonunda bu görüntü ona “fırtına buludları arasından parlayan işığı” xatırladır.

Daha əvvəl "Reuters" Rusiya mənbələrinə istinadən xəbər vermişdi ki, Dmitriyev ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner ilə görüşmək üçün Mayamiyə gedir. Görüşdə ABŞ Prezidenti Donald Trampın yenilənmiş sülh planının müzakirə olunacağı gözlənilir.

Məlumata  görə, Ukrayna ilə üçtərəfli görüş planlaşdırılmayıb.

Xatırladaq ki, daha əvvəl Mayamidə Ukrayna nümayəndə heyəti ilə ABŞ və Avropa ölkələrinin təmsilçiləri arasında görüş keçirilmişdi.

Jalə Rövşən 

TodayPress TV 

tag: Kirill Dmitriyev, Mayami,ABŞ,Rusiya,Todaypress.tv,