Rusiya Belarusu dəniz məhsullarından məhrum etdi
Dünya
24.12.2025 13:22
Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) Belarusa 250 kq-dan çox qırmızı kürü və digər dəniz məhsullarının daxil olmasının qarşısını alıb.
TodayPress TV "Pozrik.online"a istinadən xəbər verir ki, Smolensk Gömrük İdarəsi ilə birgə keçirilən yoxlamalar zamanı Bryansk, Smolensk və Kaluqa vilayətlərindən Belarusa gedən beş nəqliyyat vasitəsi saxlanılıb.
Baytarlıq müfəttişləri məhsulların mənşəyini təsdiq edən sənədlərin olmadığını və qida məhsullarının daşınması üçün nəzərdə tutulmayan şəraitdə daşındığını aşkar edib.
250 kq-dan çox kürü, midiya, treska qaraciyəri, xərçəngkimilər və digər məhsullar geri qaytarılıb, məsul şəxslər inzibati məsuliyyətə cəlb olunub.
Jalə Rövşən
tag: Belarus ,Rusiya ,Baytarlıq və Fitosanitar Nəzarət Xidməti , Dəniz məhsulları,Todaypress.tv,
